Mövzu: “Milli dəyərlərlə birgə qlobal biznesə”
Tərəf A – Dəyərlərə sadiq insanları sistemlə yetişdirək
● Şirkətlərdə milli dəyərləri qorumaq üçün strukturlaşdırılmış sistem, siyasət və mexanizmlərin qurulması;
● Təşviq mexanizmlərinin (tanınma, daxili kampaniyalar, KPI-lərlə əlaqələndirmə) milli dəyərlərlə uyğun olması;
● Milli dəyərləri əks etdirən davranış kodeksləri, təlimlər, korporativ ritualların formalaşdırılması;
● İnkişaf planlarının və qiymətləndirmə sistemlərinin dəyər əsaslı tərtib olunması;
● Şirkətlərin milli dəyərlər əsasında HR siyasəti qurması və dəyərlərə uyğun kadr seçimini aparması.
Tərəf B – Dəyərləri olan insanları içdən kəşf edək və inkişaf etdirək
● Fərdi kadrların içindəki milli kimlik, dəyərlər və potensialın üzə çıxarılması və inkişaf etdirilməsi;
● Mentorluq, kouçluq və fərdi motivasiya proqramları ilə insanın özündəki dəyərləri inkişaf etdirilməsi;
● İnsanların öz milli kimliyi ilə bağ qura biləcəyi mühit və şəraitin yaradılması;
● Hər bir insanda olan dəyərləri tapmaq, onları fərdi inkişaf yolu ilə ortaya çıxarmağın vacibliyi;
● Əvvəlcə insanın özü ilə tanış olması, öz milli dəyərlərini mənimsəməsi və sonra həmin dəyərlərin şirkətə təsiri;
● Dəyərlərin formalaşmasında sərbəst mühit, şəffaflıq və könüllü öyrənmə.
Məqsəd:
Ölkəmizdə insan inkişafı sahəsində bir başa rol oynayan və insan fəaliyyət göstərən resursları peşəkarlar sahəsində arasında şəbəkələşməni gücləndirmək, bilik və təcrübə mübadiləsinə dəstək olmaqdır.
Hədəf qrupu:
• Rəhbərlər və CEO-lar
• HR mütəxəssisləri və HR direktorları
• Şirkət daxili mentorluq və yetişdirmə proqramı hazırlayanlar
• Startap rəhbərləri və sahibkarlar
• İnsan inkişafı üzrə konsultantlar və kouçlar